Haqqımızda | YUSSALPROVISION.COM

Haqqımızda

Azərbaycan vətəndaşlarının istifadəsinə keyfiyyətli brendlər təqdim etmək məqsədi ilə fəaliyyətə başlayan “Yussal Provision” MMC kosmetika sənayesindəki bir çox qlobal brendin rəsmi distributorluğunu edərək onların topdan satışı ilə məşğuldur.

Şirkətimiz təklif etdiyi məhsulların, göstərdiyi xidmətlərin keyfiyyəti ilə rəğbət qazanaraq müştəri bazasını davamlı olaraq artırmaqdadır. Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən 300-dən çox kosmetik mağazayla əməkdaşlıq edirik.

Missiyamız

Təcrübəli komanda fəaliyyətimizlə keyfiyyətli və sertifikatlaşmış məhsulları alıcılarla tanış etmək və ölkəmizdə fəaliyyət göstərən ticarət nöqtələrinə həmin keyfiyyətli məhsulların satışını həyata keçirməkdir. Alıcılara məhsulların düzgün seçimində köməklik məqsədilə məhsulların hər biri üzrə peşəkar mütəxəssislər təyin edilib.

Eyni zamanda əməkdaşlıq əlaqələrini genişləndirən, davamlı inkişaf edən şirkət kimi tanınmaq əsas prioritetlərimizdən biridir.

Vizyonumuz

Hədəfimiz və dəyərlərimizə sadiq qalaraq Azərbaycanda geniş müştəri auditoriyasına sahib olmaq və Azərbaycanın hər bir bölgəsində vətəndaşlarımıza peşəkar xidmət göstərməkdir.

Bizə yazın!

Salam 👋
Sizə necə kömək edə bilərik?
×
Bizə yazın!