
Yay aylarında dəri günəş şüaları, həddindən artıq tərləmə və makiyaj səbəbindən ehtiyac duyduğundan daha çox qulluq tələb edir. Hər mövsümi keçiddə olduğu kimi, yay aylarında istifadə etdiyiniz qulluq vasitələrini də dəyişdirməlisiniz. Bu yazımızda dərini qorumaq və yayda dəriyə necə qulluq edilməli olduğu barədə məlumat veririk.
Qış aylarında dərinizi soyuqdan, küləkdən və çatlardan qorumaq lazım olduğu halda, yay aylarında meydana gələ biləcək günəşdən, həddindən artıq quruluqdan, ləkələrdən və buna bənzər problemlərdən də qorumalısınız. Yay fəsli dərinizin teksturasını dəyişə bilər. Buna görə də parlaq və sağlam dəriyə sahib olmaq üçün çox diqqətli olmalısınız. Yay mövsümünün isti iqlimi ilə dəriyə qulluq rutininizin də yenilənməyə ehtiyacı var. Yay aylarında dəriniz üçün faydalı olacaq məlumatları aşağıda sizinlə bölüşdük.
Dərinizi tez-tez yuyub-təmizləməlisiniz
Yayda havaların isti olması səbəbindən bakteriyaların çoxalması və əmələ gəlməsi xeyli asanlaşır. Bu səbəbdən ilk növbədə gün ərzində tərləmədən sonra dərinizə yapışan toz və s. maddələrdən xilas olmaq üçün günün sonunda təmizləyici vasitələrdən istifadə edərək dərinizi mütləq təmizləyin və günəşdən qoruyucu və yığılmış kirlərdən qurtulun.
Yayda C Vitamini İstifadə etməyə diqqət edin
C Vitamini dərini nəmləndirən və zədələnmədən qoruyan güclü antioksidant rolunu oynayır. C vitamini dəridəki ləkələrin görünüşünü azaldır. Dərinin daha nəmli və parlaq görünməsini təmin edir. Bu səbəbdən xüsusilə isti havalarda dəriyə qulluq edərkən C vitamini istifadə etmək tövsiyə olunur.
Yay aylarında istifadə edə biləcəyiniz C Vitamin tərkibli məhsullar:
Dərinizin günəşdən yanmasına icazə verməyin
Günəşə məruz qalma ilə yanaşı, dərinin uzun müddət günəşə məruz qalması müxtəlif yanıqlara səbəb ola bilər. Bu, dəriyə ciddi ziyan vurur. Ona görə də papaq və gün eynəyi kimi aksesuarlardan istifadə etməlisiniz. Həmçin günəş qoruyucularından istifadə etməyiniz mütləqdir.
Yay aylarında istifadə edə biləcəyiniz +50 faktorlu günəş qoruyucuları:
1. The Purest Solutions Dry-Touch Protection
Yağlı və Qarışıq Dərilər üçün Dry-Touch Günəşdən Qoruyucu Krem, yağlı və qarışıq dərilərdə yağlanma yaratmadan +50 faktorlu UV və mavi işıqdan qorunmağı hədəfləyən matlaşdırıcı günəş kremidir. Sebum ifrazına nəzarət edərək dəridə yağlanma yaratmadan zərərli günəş şüalarından qorunma təmin edir. Dərinin baryerini və nəm balansını qoruyur, dərini sakitləşdirir və nəmli, parlaq və yumşaq görünməsinə kömək edir.
2. COSRX Vitamin E Vitalizing Sunscreen
UV şüalarını ən güclü dərəcədə bloklayan, E vitamini, antioksidant qoruma ilə hazırlanmış, klinik cəhətdən sübut olunmuş günəşdən qoruyucu kremdir. Yaşlanmanın qarşısını alır və zədələnmiş dərini bərpa edir. Dəridə ağ ləkə buraxmayan yüngül teksturaya malikdir. Dərinin yağlı görünməsinin qarşısını alır və sebuma nəzarət edir. 
3. Village 11 Factory Pink Calming Tone Up Sunblock
Bu günəş qoruyucusu açıq çəhrayı rəng tonunu artırma effekti ilə yanaşı günəş şüalarına qarşı SPF50+ PA+++ qoruma təklif edir. Yaşıl çay, calendula, cica və semizotun dərini sakitləşdirici ekstraktları ilə yanaşı kalamin ilə dəmlənmiş formula qıcıqlanmış və zədələnmiş dərini rahatlaşdırır. Kremli teksturada rəngli günəşdən qoruyucu krem asanlıqla tətbiq olunur.
4. Enough Collagen Moisture Sun Cream
Kollagen Nəmləndirici Günəş Kremi SPF50+ dərini ultrabənövşəyi radiasiyadan effektiv qoruyur, həm də dəriyə xüsusi qulluq edir. Krem UVA və UVB şüalarından, həmçinin fotoyaşlanmadan etibarlı şəkildə qoruyur, qızartı və yanıqların yaranmasının qarşısını alır, tətbiq olunduqda dərini sakitləşdirir və nəmləndirir, təravət və rahatlıq hissi verir, dəri tonunu daha bərabər edir. Məhsul yüngül teksturaya malikdir, asanlıqla yayılır, dəridə hiss olunmur və yapışqanlıq qoymur.Bütün dəri tipləri üçün uyğundur.
5. Farmstay Green Tea Seed Moisture Sun Cream
Farm Stay Yaşıl Çay Toxumu Nəmləndirici Günəş Kremi SPF50+ PA+++ üz dərisini ultrabənövşəyi şüalardan qoruyur və əla qulluq edir. Gözəllik məhsulu yüksək keyfiyyətli bitki ekstraktlarından ibarətdir: aloe barbadensis yarpaqları, cadugər fındığı, çobanyastığı, kameliya, həmçinin centifolia qızılgül suyu, ilbiz ifrazat filtratı və adenozin. Kremin təsiri sayəsində dəriniz elastik,hamar və parlaq olur və yüksək qoruma faktoru SPF50+ PA+++ fotoyaşlanmanın və qırışların yaranmasının qarşısını alır.
Yay aylarında məhsul alacağınız zaman diqqət etməli olduğunuz məqamlar:
- Məhsulun tərkibin analiz edin
- Məhsulların kimyəvi tərkibinə baxdıqdan sonra almaq qərarına gəlsəniz, əvvəlcə dərinizin kiçik bir hissəsində məhsulu sınaqdan keçirməyi unutmayın.
- Dəriyə qulluq məhsulları və ya makiyaj alarkən diqqət etməli olduğunuz ən vacib məqam dərinizi yaxşı tanımaqdır.
- Məhsullarınızın, xüsusən də kremlərinizin orijinal olmasından əmin olun.
- Əgər məhsulun qablaşdırması açılıbsa, heç vaxt onu almayın.