
BB kremin faydaları
BB krem, makiyaj rutinində nəmləndirici, günəş kremi və tonal kremi bir araya gətirir. Vaxtı olmayan və ya bir neçə addımlı makiyajı sevməyənlər üçün bu, əla bir seçimdir. Dəriyə uyğun BB kremi ilə həm qüsurları örtə, həm də dəriyə lazım olan qidalanmanı təmin edə bilərsiniz. Yüngül və təbii örtücülük təmin edən BB krem, dəridəki qüsurları gizlədərək dərinizin tonunu bərabərləşdirir. Həm dəriyə təbii bir parıltı verir, həm də qüsursuz bir görünüş yaradır. BB krem dərini nəmləndirir və onun təbii nəm balansını qoruyur. Bu xüsusiyyət xüsusilə quru və qarışıq dəriyə sahib olanlar üçün əhəmiyyətlidir, çünki dərini yumşaq və elastik saxlayır.
BB kremi necə istifadə edilir?
BB krem tətbiq etmədən əvvəl dərini yaxşıca təmizləmək və nəmləndirmək vacibdir. Dəriniz təmiz və nəmlənmiş halda olduqda, BB krem daha yaxşı əmilir və təbii görünüş təmin edir. Bu addım həmçinin məhsulun daha uzun müddət qalmasına kömək edir. BB krem istifadə etmək çox asandır. Barmaqlarınızla dərinizə tətbiq edə və ya nəmli makiyaj süngəri ilə dəriyə yaya bilərsiniz. Ənənəvi tonal kremdən daha yüngül olduğu üçün fırçaya ehtiyac yoxdur. Nəticədə, qüsursuz bir görünüş əldə etmək mümkündür.
Doğru BB kremi necə seçmək olar?
Dəri tipinizi müəyyən edin - BB krem seçərkən ilk addım dəri tipinizə uyğun məhsul tapmaqdır. Dəri tipləri fərqli olduğuna görə, hər biri üçün uyğun məhsul seçmək vacibdir. Dəri tipinizə uyğun BB krem tapmaq üçün bəzən bir neçə fərqli məhsulu sınaqdan keçirmək lazım ola bilər. Yağlı dəriyə sahibsinizsə, yağsız formulalı BB kremlər seçin. Dəriniz quru olarsa, nəmli bir BB krem daha uyğun olar. Çoxlu məhsul çeşidi arasından dəri tipinizə ən uyğun olanı tapmaq mümkündür.BB kremin tərkibinə diqqət yetirin - BB kremin tərkibi dəriyə olan təsirinə birbaşa bağlıdır. Aşağıdakı tərkib hissələrinə üstünlük verə bilərsiniz:
Hialuron turşusu: Nəmləndirici xüsusiyyətə malikdir və dərinin elastikliyini artırır.
Aloe vera və ya ilbiz ekstraktı: Dərini sakitləşdirir və qıcıqlanmanı azaldır.
Çay ağacı yağı: Yağlı və sızanaqlı dəri üçün idealdır, çünki sızanaqları və qara nöqtələri aradan qaldırmağa kömək edir.
Vitamin C və E: Antioksidantlarla zəngindir, dərinin yaşlanma əlamətlərini gecikdirir və onu qoruyur.
BB krem və tonal krem arasındakı fərqlər
BB krem tonal kremdən fərqli olaraq nəmləndirici və günəşdən qoruma xüsusiyyətlərinə malikdir. Dəriyə daha az örtücü olmaqla yanaşı, qidalandırıcı təsir göstərir. Daha yüngül örtücü bir məhsul istədikdə, BB krem tətbiq etmək həm sürətli, həm də effektivdir.BB krem, həm yayda, həm də qışda dərinizi qoruyarkən təbii gözəlliyinizi qorumağın əla yoludur. Yüngül və nəmləndirici xüsusiyyətləri ilə dəriyə təbii bir parlaqlıq verir və quru görünüşün qarşısını alır.
Tövsiyə edilən BB kremlər
Mizon İlbiz Tərkibli Bərpaedici BB KremƏn çox tövsiyə olunan BB kremlərdən biri Mizon Snail Repair Intensive BB kremidir. Onun tərkibində olan ilbiz ekstraktı dərini qidalandırır və yeniləyir. SPF 50+ və PA+++ faktorları ilə yay və qış aylarında dərini günəşin zərərli şüalarından qoruyur. Ultra örtücü strukturu sayəsində sızanaq ləkələrini örtür və dəriyə təbii parıltı verir.
Enough Kollagen tərkibli Nəmləndirici BB Krem
Enough Kollagen tərkibli Nəmləndirici BB krem, nəmləndirici və qidalandırıcı maddələrlə zənginləşdirilmiş formulu sayəsində dərinizin ehtiyac duyduğu nəmliyi təmin edir. Yüngül və təbii örtük ilə qüsurları örtərək, dəri tonunu və toxumasını bərabərləşdirir. SPF qoruması ilə dərinizi günəşin zərərli UV şüalarından müdafiə edir. Həm nəmləndirici, həm baza, həm tonal krem, həm də günəşdən qoruyucu funksiyalarını bir arada təqdim edən bu çoxfunksiyalı BB krem, hər cür dəri tipi, o cümlədən həssas dərilər üçün də idealdır.
Village 11 Factory My Skin Fit BB Krem
BB kremdən daha çoxunu təklif edən My Skin Fit BB Krem, dəri tonunuza uyğun geniş rəng palitrası ilə təbii örtücülük və dəriyə qulluq faydaları təqdim edir. SPF 50+ / PA++++ ilə güclü UV şüalarından effektiv qoruma təmin edir. Tərkibindəki hialuron turşusu dərini nəmləndirir. Eksklüziv V11 kompleksi nəm balansını artırır, Niasinamid və Adenozin isə kollagen istehsalını stimullaşdıraraq dərinin dolğun və gənc görünüşünü dəstəkləyir. Vegan formulalı bu BB krem, həssas dəri üçün ideal olub, nərini nəmləndirir, dəri baryerini bərpa edir.